İqtisadçı ekspert Rövşən Ağayev ölkədə mənzilə ehtiyacı olan insanların sayını müəyyənləşdirməyin çətinliklərindən yazıb.
ELƏCƏ DƏ BAX: "Sovetski"də abadlaşdırma işlərinin başa çatacağı - VAXT AÇIQLANIB
FED.az-ən məlumatına görə, iqtisadçı ekspert “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, Azərbaycanda elə ictimai əhəmiyyətli informasiyalar var ki, bizim üçün qara qutudur - heç nə öyrənə bilmirik:
“Belə məlumatlardan biri də evsiz adamların sayıdır. Ölkədə nə qədər mənzilə ehtiyacı olan insan var? Bu sualın rəsmi cavabı yoxdur.
Amma əldə olan rəsmi informasiyalar göstərir ki, bizdə əhalinin hər 1000 nəfərinə düşən mənzillərin sayı inkişaf etmiş ölkələrə nisbətən 2.5-3 dəfə aşağıdır. Məsələn, hazırda bizdə həmin göstərici orta hesabla 188-dir, amma Avropada 400-600 intervalında dəyişir.
Ən maraqlı tərəfi odur ki, adını mənzil bumu qoyduğumuz 2005-2017-ci illərdə belə tikilən mənzillərin sayı tələbatla müqayisədə çox aşağı olub.
Bunu hansı fakta əsaslanıb deyirəm? Əhalinin artım sürəti mənzillərin artım sürətindən xeyli çox olub. Məsələn, 1995-2017-ci illərdə ölkə əhalisi 29%, amma mənzillərin sayı 21% artıb.
Başqa maraqlı məlumat budur ki, kənd yerlərində əhalinin hər 1000 nəfərinə 179, şəhərlərdə isə 204 mənzil düşür. Yəni şəhərlərdə 14% çoxdur. Yeri gəlmişkən, 1995-ci ildə əhalinin hər min nə
Rəsmi statistikaya görə, hazırda kəndlərdə 4.6 min nəfər yaşayır və 829 min mənzil var. Şəhərlərdə isə 5.2 mln. nəfərin 1.1 mln. ədədə yaxın mənzili var.
Bir maraqlı fakt da odur ki, adambaşına mənzil sahəsinə görə ən aşağı göstərici Tərtərdə - 14 kv.metr, ən yüksək Abşerondadır - 24 kv.metr. Yəni ən aşağı və ən yüksək göstərici arasında az qala 2 dəfə fərq var.
Əslində mənzillə təminat səviyyəsi və evsizlərin sayı ölkədə gerçək yoxsulluq səviyyəsini də dəyərləndirmək baxımından çox önəmli göstəricilərdir”.
Adambaşına mənzil sahəsinə görə böyük fərq - ARAŞDIRMA
21:17
5 Fev 2019