Siemens Rusiyadakı biznesini satdıqdan və ölkədəki fəaliyyətini dayandırdıqdan sonra 600 milyon avro itirib.
Avropa Komissiyası: Rusiya almaz embarqosundan ildə 4 milyard avro itirir
FED.az xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.
Qeyd edilib ki, Rusiya Federasiyasında biznesin dayandırılması Siemens-in törəmə şirkəti olan Siemens Mobility (dəmir yolu avadanlıqlarının istehsalçısı) üçün maliyyə itkilərinə səbəb olub.
“Keçən il Rusiyada biznes fəaliyyətinin nizamlı şəkildə dayandırılması Siemens Mobility üçün 0,6 milyard avro itki ilə nəticələnib”, - hesabatda deyilir.
2022-ci ildə Siemens Rusiya bazarını tərk edib, şirkət sanksiyalara görə müqavilələri yerinə yetirməkdən imtina edib. 2023-cü ilin fevral ayında Rusiya Dəmir Yolları Alman şirkətindən gündəlik 29,5 milyon rubl (müqavilənin yerinə yetirilməməsinə görə 6,5 milyon rubl və zərər səbəbindən 23 milyon rubl) hesablanan cərimənin tutulması üçün ərizə verib. (Marja)