Avropa Komissiyası (AK) Rusiyanın 12-ci sanksiyalar paketi çərçivəsində almaz idxalına qoyulan qadağadan itkilərini ildə 4 milyard avro qiymətləndirir.
Avropada Rusiya almazının satışı - QADAĞAN OLUNDU
FED.az xəbər verir ki, bu barədə AK-nın bəyanatında deyilir.
“Təklif olunan sanksiyalar Rusiyanı ildə 4 milyard avro dəyərində təxmin edilən bu mühüm gəlir axınından məhrum etmək məqsədi daşıyan G7-nin almaz hasilatına dair beynəlxalq səviyyədə razılaşdırılmış qadağasının bir hissəsidir”, - deyə qeyd edir.
Sənəddə vurğulanır ki, G7-nin bütün üzvləri 2024-cü il yanvarın 1-dən gec olmayaraq Rusiyadan almazların ixracına birbaşa qadağa tətbiq edəcəklər.
2024-cü il martın 1-dən üçüncü ölkədə emal olunmuş Rusiya almazlarının ixracına qadağa qüvvəyə minəcək, 2024-cü il sentyabrın 1-dən isə laboratoriyada yetişdirilmiş brilyant, zinət əşyaları və tərkibində almaz olan saatlar daxil edilməklə genişləndiriləcək” – Avropa Komissiyası bildirib. (Apa)