ABŞ-nin "Tesla" şirkəti özünün insanabənzər robotu "Optimus"un təlimində iştirak edəcək işçilər axtarır.
Tesla insanabənzər robotların kütləvi istehsalını planlaşdırır
FED.az xəbər verir ki, işə götürüləcək insanların virtual reallıq eynəkləri taxaraq hərəkəti əks etdirən kostyum geyinmələri və 7 saata qədər gəzmələri tələb olunur.
Ödəniləcək əmək haqqının isə saatda 48 dollar olacağı bildirilib. Elan ilə bağlı müraciət edən insanlar üçün tələblər də açıqlanıb.
Onlardan tələb olunan fiziki xüsusiyyətlər:
- Boyu 1,70 və ya 1,80 olmalıdır (çünki "Tesla"nın robotu Optimusun boyu 1,73-dür.);
- Onlar uzun müddət virtual reallıq eynəklərindən istifadə etməlidir;
- Belə vəziyyətlərdə baş verən "VR" xəstəliyi ilə mübarizə apara biləcək biri olmalıdır;
- İşçilər tam zamanlı işə götürüləcək və əmək haqqı saatda 25-48 dollar arasında dəyişəcək.
Qeyd edək ki, ötən il "Tesla"nın "Optimus" sosial media hesabı işin necə göründüyü ilə bağlı bir videoçarx yayımlamışdı. Videoda operator lazımi ləvazimatları geyinib əşyaları toplayır, "Optimus" isə operatorla eyni hərəkətləri edirdi. (Trend)