Tesla 2025-ci ilin sonunda satışa çıxarılacaq yeni insanabənzər robotu "Optimus"un gələn il istehsala başlayacağını açıqladı.
Azərbaycanda ilk dəfə süni intellektlə işləyən reklam robotu hazırlanıb
FED.az xəbər verir ki, Mask bu robotların 2026-cı ildə yüksək istehsala keçəcəyinə və digər şirkətlər üçün əlçatan olacağına ümid etdiyini bildirdi.
Teslanın Optimus robotu fabriklərdə işləyə biləcək və 2025-ci ilin sonuna qədər satışa hazır olacaq. Tesla ilk nəsil Optimus robotunu 2022-ci ilin sentyabrında təqdim etmişdi.
İnsanabənzər robotlar illərdir Yaponiyanın Honda və Hyundai Motorun Boston Dynamics kimi şirkətləri tərəfindən hazırlanıb. Bu robotlar potensial işçi çatışmazlığını ödəmək və logistika, anbar və istehsal kimi təkrarlanan və potensial təhlükəli vəzifələri yerinə yetirmək üçün istifadə etməyi hədəfləyir.