Azərbaycanın aparcı ticarət şəbəkələrindən olan «Optimal Elektronika» 2022-ci ilin ilk yarısı üzrə idarəetmə hesabatını açıqlayıb.
Eləcə də bax: «Optimal Elektronika» zəifləyir - 9 FİLİALI BAĞLANIB, İŞÇİLƏR İXTİSAR EDİLİB
FED.az xəbər verir ki, ilk 6 ayda şirkətin gəlirləri 41,9 milyon manat təşkil edib. Daha 1 milyon manat gəlir isə icarə haqları və digər gəlirlərdən daxil olub.
Nəticədə ilk yarım ilini yekununa «Optimal Elektronika»nın ümumi əməliyyat gəlirləri 42 milyon 843 min manat, əməliyat xərcləri isə 42 milyon 439 min manat olub.
Şirkətin əməliyyat mənfəəti 404 min manata təşkil edib. Daha 566 min manat isə maliyyə gəlirləri olaraq əldə edilib. Vergiləri də çıxdıqdan sonra şirkət ilk 6 ayı 776 min manat xalis mənfəətlə tamamlayıb.
Xatırladaq ki, ötən il şirkətin illik xalis mənfəəti 1 milyon 934 min manat olmuşdu.
2022-ci ilin ilk 6 ayında şirkətin aktivləri 9 milyon manat azalaraq 132 milyon manatdan 123 milyon manata enib. Azalmanın səbəbi şirkətin debitor borclarının (alacağı məbləğlərin) azalmasıdır. 20921-ciilin sonunda «Optimal Elektronika»nin 41 milyon manat alacağı mardısa, indi bu məbləğ 32 milyon manata enib.
Şirkətin əla kapital ehtiyat var. Cəmi 11 milyon manat nizamnamə kapitalının üzərinə indi yədək 39 milyon manatlıq bölüşdürülməmiş mənfəət toplanıb. Nəticədə cəmi kapital 51,5 milyon manatdan artıqdır.
İlin əvvəlindjən bəri bu məbləğ 775 min manat artıb.
Bu ilin ilk 6 ayında «Optimal Elektronika»nın öhdəlikləri də azalıb və 81 milyon manatdan 72 milyon manata enib.