«X» sosial şəbəkəsi (keçmiş «Twitter») üç ay ərzində populyar istifadəçilərə (inflüenserlərə) təxminən 20 milyon dollar ödəniş edib.
İlon Mask Bakıdakı tədbirə - VİRTUAL QOŞULACAQ
FED.az xəbər verir ki, bu barədə «X» sosial şəbəkəsinin CEO-su Linda Yaccarino bildirib.
Qeyd edək ki, «X» sosial şəbəkəsi (keçmiş «Twitter») üç ay əvvəldən başlayaraq reklam gəlirlərini aktiv istifadəçilərlə bölüşməyə başlayıb.
Bu şəbəkənin yeni sahibi olan İlon Mask-ın buraya gətirdiyi yeniliklərdən biridir.
Şərtlərə görə, Proqramda yalnız «X Premium» abunəsi üçün ödəniş edən istifadəçilər iştirak edə bilər.
Bundan başqa, istifadəçsinin 500-dən çox izləyici və son üç ayda 5 milyondan çox tvit baxışı olmalıdır.
X-in sahibi Elon Musk bildirib ki, iyul aynıda başlayan bu proqram üzrə ilk ödənişlər təxminən 5 milyon dollar olub. Üstəlik bu zaman fevral ayından bəri əldə edilən nəticələr də nəzərə alınıb. O vaxtdan bəri məbləğin 20 milyon dollara yüksəlməsi göstərir ki, kreativ proqrama qoşulanların sayı artıb və «X»də reklamlar daha tez-tez nümayiş olunur.