Azərbaycanın aparıcı mobil rabitə operatoru "Azercell Telekom" 2019-cu ildə dövlət büdcəsinə 112 mln. manat ödəniş həyata keçirib.
Eləcə də bax: Azərbaycanda mobil operatorların - GƏLİRİ AÇIQLANIB
FED.az xəbər verir ki, bunu "Azercell"in ötən ilin yekunlarına dair təşkil etdiyi konfransda çıxış edən şirkətin prezidenti Vahid Mürsəliyev deyib.
Onun sözlərinə görə, ümumilikdə, 23 il ərzində bu rəqəm 1,845 mlrd. manat olub.
V. Mürsəliyev onu da əlavə edib ki, 2019-cu il ərzində "Azercell" 1 617 ədəd yeni radio baza stansiyası (RBS) qurub ki, bunlardan 1 217 ədədi 4G şəbəkəsini dəstəkləyir: "Şəbəkə vasitəsilə ötürülən internet trafikin həcmi 304% artıb. Ötən ilin sonu şirkət tərəfindən ölkədə və Cənubi Qafqazda ilk 5G pilot şəbəkəsi istifadəyə verildi".