2020-ci ilin yanvar ayı ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 187,3 milyon manatlıq xidmət göstərib.
Eləcə də bax: Azərbaycanda ən ucuz - DOMEN HANSIDIR?
FED.az "trend"ə istinadən xəbər verir ki, göstərilən xidmətin 71,7 faizi əhali tərəfindən istehlak olunub.
2019-cu ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 24,3 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 77,1 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə edilən gəlirin 41,3 faizi və ya 77,4 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.