Bu ilin sonuna qədər Azərbaycanda ticarət və informasiya portalı - madeinazerbaijan.gov.az istifadəyə veriləcək.
İxracatçılar üçün alıcı missiyası - TƏŞKİL OLUNACAQ
FED.az xəbər verir ki, bunu Beynəlxalq Ticarət Mərkəzinin İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə birgə keçirdiyi, “Ticarət zamanı qeyri-tarif maneələri və xidmət ticarətinin qaydaları ilə bağlı maraqlı tərəflərlə məsləhətləşmələr” mövzusunda tədbirdə AZPROMO-nun icraçı direktorun müavini Tural Hacılı bildirib.
Onun sözlərinə görə, elektron platforma vasitəsilə ixracatçılara daha yüksək səviyyəli və keyfiyyətli xidmətlər göstəriləcək.
"Bu portalda zəruri informasiyalar yerləşdiriləcək. İxracatçılar üçün məlumatlar əlçatan olacaq", - deyə o qeyd edib.
"Ötən il Azərbaycanın qeyri-neft ixracının dəyərində rekord qeydə alınıb. Azərbaycandan 3,348 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub. Bu 2022-ci ilə nisbətən 9,8 % çoxdur. Təkcə ötən ilin dekabrında ölkədən ixrac olunan qeyri-neft məhsullarının dəyəri isə 314,2 milyon ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 3,8 % çoxdur. Ötən ilin IV rübündə isə ölkədən 914,2 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub, bu da əvvəlki ilin eyni rübü ilə müqayisədə 7,9% çoxdur", - deyə T.Hacılı əlavə edib. (Report)