Azərbaycanda özünəxidmət terminallarının sayında illik müqayisədə artım, aylıq müqayisədə azalma qeydə alınıb.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Belə ki, cari ilin 1 oktyabrınadək özünəxidmət terminallarınən sayı 2 112 ədəd olub ki, bunun da 1 055-i Bakının, 1 057-si regionların payına düşüb.
Cəmi terminallar illik müqayisədə 131 ədəd (6,6%) artsa da, aylıq müqayisədə 49 ədəd (2,3%) azalıb. İllik müqayisədə Bakıda terminalların sayı 17 (1,6%) ədəd azalıb, regionlarda 148 ədəd (16,3%) artıb. Aylıq müqayisədə Bakıda 46 ədəd (4,2%), regionlarda 3 ədəd (0,3%) azalıb
Məlumat üçün qeyd edək ki, sentyabrın 1-nə cəmi 2 161 ədəd terminal olub ki, onun da 1 101-i Bakının, 1 060-ı regionların payına düşüb.
Ötən ilin oktyabrın 1-nə isə 1 981 özünəxidmət terminalından 1 072-si Bakıda, 909-u regionlarda yerləşib.