Azərbaycanda təmassız ödənişləri qəbul edən POS-terminalların sayında artım qeydə alınıb..
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir.
Belə ki, cari ilin oktyabrın 1-nə ümumilikdə 77 722 ədəd bu növ terminal quraşdırılıb. Bu da aylıq 635 ədəd (0,8%) illik isə 14 738 ədəd (23,4%) çoxdur.
Sentyabrın 1-nə qurşadırılmış terminalların sayı 77 087, ötən ilin oktyabrın 1-nə quraşdırılmış terminalların sayı isə 62 984 ədəd olub.