2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 426 ədəd stolüstü kompüter istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu əvvəlki illə müqayisədə 27 ədəd və ya 6,8% çoxdur.
2023-cü ilin yanvar-fevral aylarında 399 ədəd kompüter istehsal edilmişdi.
Qeyd edək ki, hesabat dövründə noutbuk istehsalı 3 dəfə artaraq 784 ədəd təşkil edib.