2024-сü ilin yanvar ayında tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 82,1 milyon manat olmaqla əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 34,5 faiz artıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, hesabat ayında 827 min m2 tikinti şüşəsi, 40,6 m3 kərpic, 345,8 min ton sement klinkerləri, 251,6 min ton sement, 2 min ton əhəng, 7,2 min ton gips məmluatları, bundan da 4,6 min ton tikinti gipsi, 2,7 m3 betondan yığma tikinti konstruksiyalar, 338,3 min ton beton istehsal edilib.
Ay ərzində tikinti şüşəsinin həcmi 1,2 dəfə betondan yığma tikinti konstruksiyalarının istehsalı 35 faiz, tikinti gipsinin istehsalı 24,3 faiz, sement istehsalı 23,2 faiz, beton istehsalı isə 21,8 faiz artıb.
Kərpic istehsalı 1,7 faiz, sement klinkerləri 1,8 faiz, əhəng istehsalı 57,4%, gips məmulatları 1,4% azalıb.