Çinin “Alibaba Group” şirkətinin baş direktoru Daniel Zhang vəzifəsini tərk edir, onun yerinə isə Eddi Vu təyin edilir. Təyinat sentyabrın 10-da qüvvəyə minəcək. Bundan sonra “Alibaba” planlaşdırıldığı kimi altı bölməyə ayrılacaq.
“Alibaba” 1 min işçini - İXTİSAR EDİR
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Daniel Zhang 2007-ci ildən “Alibaba”da işləyir – o, “Taobao” ticarət platformasının maliyyə direktoru vəzifəsinə gəlib və artıq 2008-ci ildə ona rəhbərlik edib. 2011-ci ildə Zhang “Tmall” bazarının rəhbəri, 2013-cü ildə “Alibaba” holdinqinin maliyyə direktoru, 2015-ci ildə isə onun baş direktoru olub. 2019-cu ildə Zhang “Alibaba”nın direktorlar şurasının sədri vəzifəsinə təyin edilib.