Çinin «Alibaba» şirkəti Rusiyadan olan müştərilər üçün şərtləri sərtləşdirib.
"Made in Azerbaijan" məhsulları "Alibaba.com" ilə yeni bazarlara çıxacaq
FED.az Rusiya mətbuatına istinadən xəbər verir ki, şirkət artıq rublla ödənişləri qəbul etmir və Rusiyaya göndərişləri rəsmiləşdirmir.
Məlum olub ki, dəyişikliklər mayın 28-dən başlayıb və artıq şirkət, bir neçə bank istisna olmaqla, ümumiyyətlə Rusiya banklarının kartlarını qəbul etmir. Əvvəlcədən edilmiş sifarişlərə gəlincə, şirkət həmin ödənişləri də geri qaytarır.
Rusiyadan fərqli olaraq Belarus və Mərkəzi Asiya ölkələrinə «Alibaba»nın satışları adi qaydada davam edir.
Ekspertlər bildirir ki, «Alibaba»nın Rusiyaya qarşı yeni qaydaları bu ölkədə ticarətin vəziyyətinə ciddi təsir edəcək. Belə ki, indiyədək Çin şirkəti təkcə ayrı-ayrı müştərilər deyil, iri şirkətlər, o cümlədən topdansatış şəbəkəəri üçün də malların satış mənbəyi idi. Rusiyada 10 minlərdə insan bu ticarətdən faydalanırdı.
Ekspertlər bildirir ki, belə vəiyyətdə Rusiya biznesi bu qadağanı yan keçmək üçün yollar tapmalıdır. Bunlardan biri də «Alibaba»dan məhsulları başqa ölkələrinin kartları ilə sifariş etməkdir. Bura qazax, qırğız və sair kartlar aiddir. Üstəlik, gətirilən malları da başqa ölkədən keçməklə almaq lazım olacaq. Bu isə yolun uzanması və malların bahalaşması ilə nəticələnəcək.