İspaniyanın "Real Madrid" futbol klubu «Real Madrid» Abu Dabinin «Mubadala» fondu ilə sponsorluq məsələsində 400 milyon avroluq mübahisəni itirib.
FED.az xəbər verir ki, mübahisə «Real»ın Madriddəki stadionuna fondun sponsorluğu ilə bağlı olub.
«Reuters»in məlumatına görə, «Real Madrid» Abu-Dabidən olan sərmayəçinin 20 il müddətinə Santiago Bernabeu stadionunun ad hüququnu alacaq sponsorluq müqaviləsini yerinə yetirmədiyini əsas gətirərək Mubadaladan 400 milyon avro tələb edib.
Amma Parisdə Beynəlxalq Ticarət Məhkəməsinin qaydaları əsasında yaradılmış arbitraj məhkəməsi Mübadalanın xeyrinə qərar verib.
Xatırladaq ki, 2014-cü ildə «Real» stadionun əsaslı təmirini maliyyələşdirmək üçün Mubadala fondu ilə strateji tərəfdaşlıq müqaviləsi bağlamışdı.
Layihə, mövcud struktura fərqli bir dam və xarici görünüş əlavə etmək və gəlir baxımından dünyanın ən zəngin klubunun gəlirlərini artırmağa kömək etmək üçün bir otel və ticarət mərkəzini daxil etmək məqsədi daşıyırdı.