Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qarabağ” və MOİK komandaları arasında keçirilən oyun Qarabağın 1-0 qələbəsi ilə başa çatıb.
FED.az xəbər verir ki, oyunun uzatma dəqiqələrində "Qarabağ"ın futbolçusu Nəriman Axundzadə hesabı açıb.
“Köhlən atlar” 1/4 finalda “Sabah”la üz-üzə gələcək.
***
Bu gün xalqımız tarixi hadisəyə şahidlik edir. Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları üz-üzə gəlib.
FED.az xəbər verur ki, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva oyuna baxmaq üçün stadiona gəliblər.
Stadiona daxil olan dövlətimizin başçısı futbolçularla və oyunu idarə edən hakimlərlə görüşüb, onlarla xatirə şəkli çəkdirib. Prezident İlham Əliyevin topa rəmzi toxunuşundan sonra “Qarabağ” – MOİK görüşü başlayıb.