“Dəniz Mall” və “Gənclik Mall”da yerləşən “ONTOP Boulinq İdman və Əyləncə Mərkəz”lərinin meneceri Nicat Məmmədovun FED.az saytına olan müsahibəsini təqdim edirik.
Nicat bəy, pandemiya ilə bağlı qaydaların yumşaldığı bir dövrdə “ONTOP”la bağlı planlarınızı bilmək istərdik.
Post pandemiya dövründə ən başlıca planlarımızdan biri qonaqlarımıza pandemiyadan öncə ki, keyfiyyətdə xidmət etməkdir. “ONTOP BOWLING” olaraq hər zaman keyfiyyətili xidmətimizlə seçilmişik. Planlarımız çoxdur, lakin mövcud pandemiya vəziyyəti ilə bağlı Operativ Qərargahın verdiyi qərara əsasən 50%-lik tutumla işləyirik. Yumşalmalar davam etdikcə planlarımızı həyata keçirməyə başlayacağıq. “Gənclik Mall”dakı məkanımıza yeni oyun aparatları gətirilib, qonaqlarımızın istifadəsinə verilib. “Dəniz Mall”dakı “ONTOP”da isə bütün oyun aparatları, bouling xəttləri tam yenidir. Məkanlarımızın daxilində yerləşən restoranla bağlı planlarımızı artıq həyata keçirməyə başlamışıq. Növbəti aylarda qonaqlarımız yeni menyumuzda olan məhsulardan dada biləcəklər.
Bildiyimiz kimi,“Dəniz Mall”da da yeni müasir standartlara cavab verən “ONTOP Boulinq İdman və Əyləncə Mərkəzi” istifadəyə verilib. Sizin bu xidmət şəbəkənizdə qiymətlər necə tənzimlənəcək, vahid qiymət siyasəti tətbiq olunacaqmı?
Dəniz Mall Ontop Bowling 2020-ci ilin mart ayında, “Mall”un istifadəyə verilməsi ilə fəaliyyətə başlayacaqdı. Məkanımız açılış günündən tam fəaliyyətə başlamaya hazır idi. Məkan ən son model boüling xəttləri və oyun aparatları ilə techiz olunmuşdu. Lakin açılış zamanı pandemiya səbəbindən Nazirlər kabinetinin qərarına əsasən ölkə üzrə kinoteatrların, muzey və teatrların, əyləncə mərkəzlərinin, idman zallarının fəaliyyəti dayandırıldı. Bu səbəbdən bağlandığı gündən demək olar ki,19 ay sonra 2021-ci oktyabr ayının 1-i fəaliyyətini bərpa etdi. Qiymətlər Gənclik Mallda yerləşən məkanımızdan fərqli olaraq 1 saat üçün 55 manat, 1 oyun üçün isə 12 manatdır.
Pandemiya dövründə uzunmüddətli müqavilələr üzrə korporativ müştərilərin sayında kəskin azalma müşahidə olundumu?
Pandemiya dövründə belə uzunmüddətli müqavilələr üzrə korporativ müştərilərimizin bir çoxu bizimlə daim əlaqədə olub, fəaliyyətimizin bərpa olunub olunmaması ilə maraqlanıblar. Sadəcə “Gənclik Mall”da yerləşən məkanımızda 50-dən çox korporativ müştəri qəbul edirdik. Buradan hər birinə dərin minnətdarlığımızı bildirirəm. Bu səbəbdən kəskin azalmanın olacağını düşünmürəm. Hətta yumşalmalar davam edərsə böyük turnirlər keçirmə imkanımız yaranacaq.
Uzunmüddətli əməkdaşlıq üçün korporativ müştərilərinizə nə kimi xüsusi güzəştlər tətbiq olunacaq?
“ONTOP Bowling” olaraq hər zaman uzunmüddətli əməkdaşlıq etdiyimiz korporativ müştərilərimizə böyük güzəştlər tətbiq etmişik. Bu kimi güzəştlər post pandemiya dövründə də davam edəcək. Yeni korporativ müştərilərin cəlb olunması və xüsusi güzəşt təklifləri barəsində Marketing Menecerimiz Hüseynağa Əliyevlə birlikdə təklif planları hazırlayırıq.
Nicat bəy, bildiyimiz qədər siz peşəkar menecer olaraq həm “Dəniz Mall”da, eyni zamanda “Gənclik Mall”da yerləşən “ONTOP Boulinq İdman və Əyləncə Mərkəz”lərinə nəzarət edirsiniz. Məlumdur ki, bu, rəhbərlik tərəfindən sizə göstərilən böyük etimatdan irəli gəlir. Bundan sonra fiziki olaraq bütün işlərə nəzarəti necə həyata keçirəcəksiniz?
“Bakı Bouliq Qrup” olaraq 2 ünvanda “ONTOP Boulinq Gənclik Mall”, “ONTOP Boulinq Dəniz Mall” idman və əyələncə mərkəzimizlə müştərilərimizin xidmətindəyik. Fəaliyyətimiz yüksək peşəkarlıq əsasları üzrə qurulduğundan hər iki mərkəzin idarə edilməsinin öhdəsindən komanda olaraq gəlirik. Qeyd etmək istəyirəm ki, “Dəniz Mall”da yerləşən ikinci mərkəzimiz post pandemiya dövründə faəaliyyətə başlayıb. Yeni məkanın istifadəyə verilməsi müştərilər üçün pandemiya dövründə, kütləvi qapanmalardan sonra bir yenilik oldu. İnsanların əylənmələri, asudə vaxtlarını səmərəli keçirmələri bizim də iş ruhumuzu yüksəldir. Bu arada mənə olan etimadına görə şirkətimizin rəhbərliyinə təşəkkür edirəm.