"Financial Times"in xəbərinə görə, Böyük Britaniya Premier Liqasıyanın son çempionu "Manchester City" futbol klubunun 500 milyon dollarlıq səhmləri ABŞ-ın "Silver Lake" özəl sərmayə fonduna satılır.
FED.az xəbər verir ki, qəzetin öz mənbələrinə istinadən yaydığı xəbərinə görə, futbol klubunun ana şirkətinin (City Football Group) dəyəri 4.8 milyard dollar səviyyəsində olacaq.
Eləcə də bax: "Gilan Holdinq" futbol klubundan imtina edir - "QƏBƏLƏ" SPONSORSUZ QALIR
"Silver Lake"ın, Abu Dabinin nəzarətindəki "City Football Group"un (CFG) 10%-dən çoxunu alacağı qeyd edilən xəbərdə, rəsmi açıqlamanın Çərşənbə günü yayılacağı bildirilib.
"Premier League" çempionu "Manchester City" 2018 - 2019 dövründə də gəlirini artırmağı davam etdirib və 535.2 milyon sterlinq (686.66 milyon dollar) gəlir əldə edib. İngiltərə klubu Abu Dabi kral ailəsinin nəzarətində ardıcıl 11 ildir gəlirini artırır.
Marja