Kafe, kosmetika, geyim brendi, klinika - Məsut Özil təkcə stadionda pul qazanmır
Ötən mövsüm "Fənərbağça"ya trnsferi ilə qardaş ölkənin futbol aləmində böyük hadisəyə səbəb olan məşhur futbolçu Məsut Özil həm də diribaş sahibkar və investor imiş.
FED.az Türkiyə mətbuatına istinadən xəbər verirki, futbolçunun qidadan tutmuş tekstilə qədər kiçik bir biznes impariyasının olduğu ortaya çıxıb
Mesut Özil kafe şəbəkələrinin sahibidir... 39 Steps Coffee Haus-un müdiri Məsut Özilin məkanları daha çox İngiltərədə olsa da, 34 yaşlı super ulduz tezliklə Türkiyədə, xüsusən də İstanbulda öz kafelərini açmağı planlaşdırır.
Tekstil sənayesində isə Məsut Özil 'M10' markasını yaradıb. O, adının baş hərfləri və uzun illər geyindiyi '10' nömrəli forması əsasında xüsusi loqo hazırlayıb. Bu marka idman geyimləri üzərində işləməyə davam edir və Mesut Özil o formanı geyinməsə də ona pul gətirir.
Mesut Özil virtual mühitdə də idmanla məşğuldur, amma biznes olaraq. 2,5 il əvvəl M10 eSports komandasını yaradan 34 yaşlı oyunçu istedadlı gəncləri tapıb yetişdirməyi qarşısına məqsəd qoyub. İllər əvvəl getdikcə böyüyən e-İdman bazarına daxil olan Mesut Özilin çox yüksək səviyyədə sahibkarlıq zəkasına sahib olduğunu görə bilərik.
2019-cu ildə isə Məsut Özil kosmetika biznesinə qədəm qoyub. Həyat yoldaşı Amine Gülşe ilə CTZN kosmetik firmasına ortaq olan təcrübəli aktrisa Ada və Avropadan sonra Amerika bazarına girərək kosmetika sahəsində biznesini genişləndirib.
Mesut Özil son illər trenddə olan “kripto pul” birjasına da yatırım edib. Uzun müddətdir komandası ilə birlikdə bu mövzuda çalışan uğurlu oyunçu 'M10 Token' adı ilə kriptovalyuta buraxacaq.
Məsut Özil özünü futbolda menecer kimi də sınamağa başlayıb. Ulduz futbolçu Meksikanın “Necaxa” komandasının səhmdarlarından biridir. Meksikanın ən yüksək liqası Clausurada mübarizə aparan Necaxa-nın muzeyində 10 kubok var.
Nəhayət, Məsut, keçmiş “Arsenal” komanda yoldaşları Aaron Remzi və Petr Çexlə də tərəfdaşdır. 3 ulduz futbolçu İngiltərənin paytaxtı Londonda idman klinikasını idarə edir.