Amerikalı 7,6 kilometr hündürlükdən paraşütsüz tullandı.
Amerikalı skaydayver-ekstremal Aykins Lyuk şənbə günü 30 iyul tarixində 7,6 kilometr hündürlükdən paraşütsüz tullandı.
Qaynarinfo.az agentliyinin xəbər verdiyi kimi, Aykins Kaliforniya ştatının Simi-Velli şəhəri üzərində yüngül motorlu təyyarədən tullandı.
Aykinsin tullanma anını yayımlayan Fox telekanalının qeyd etdiyi kimi düşmə sürəti saatda 120 mil, saniyədə isə təxminən 53 metr təşkil edirdi.
Sərbəst uçuşdan iki dəqiqə sonra 42 yaşlı ekstremal yerə çəkilmiş 100x100 fut (30x30 metr) ölçülü tor üzərinə endi.
Bundan sonra Aykins onun tullanmasını izləyən tanışlarının və həyat yoldaşının yanına döndü.
7,6 kilometr hündürlükdən paraşütsüz tullanan amerikalı
11:27
17 Avq 2016