Qarabağdakı keçmiş qondarma qurumun “dövlət naziri” Ruben Vardanyan haqda seçilmiş qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı məhkəməyə edilən müraciətə baxılıb.
Bakıda saxlanılan Qarabağ separatçılarının həbs müddəti uzadılıb
FED.az xəbər verir ki, cinayət işi üzrə istintaqın aparıldığı Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsinin vəsatətinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatına Səbail Rayon Məhkəməsində baxılır.
Qərara əsasən, R.Vardanyanın həbsdə saxlanma müddəti daha 5 ay uzadılıb.
Qeyd edək ki, Ruben Vardanyan ötən il Qarabağda saxlanılaraq Bakıya gətirilib.
Ona Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham verildiyi məlumdur. (Apa)