Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Türkiyənin «MGM Group İnşaat Elektrik Malzameleri Dış Ticaret Limited Şirketi»-nin Azərbaycan Respublikasındakı Filialı xariclə valyuta əməliyyatlardakı inzibati xətanı törətdiyini iddia edir.
FED.az Banker.az-a istinadən xəbər verir ki, şirkətin ölkəmiz üzrə filialı İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsində qərar çıxarılıb.
Eləcə də bax: Hesablama Palatası Maliyyə Bazarlarına Nəzarət Palatasında - YOXLAMA APARIB
Lakin, bu qərardan Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov narazı qalaraq, bununla bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Bildirək ki, İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə təqsirli bilinirlər.
«MGM Group İnşaat Elektrik Malzameleri Dış Ticaret Limited Şirketi» Azərbaycanda filialını 2016-ci ildən fəaliyyət göstərir və tikinti sahəsi üzrə fəaliyyət göstərir.