Konteynerdə gömrük orqanına bəyan olunmayan 17 ədəd moped aşkar edilib.
Moped idarə etmək üçün sürücülük vəsiqəsinin tələb edilməsi barədə layihə - QƏBUL EDİLDİ
FED.az xəbər verir ki, Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda Çin Xalq Respublikasından gələn yük maşınının üzərindəki konteynerə baxış keçirilib.
Yoxlama zamanı konteynerdəki malların arasında gömrük bəyannaməsində göstərilməyən 17 ədəd “M 1” markalı elektromoped aşkar edilib. Həmin nəqliyyat vasitələri ölkə ərazisinə Bakı şəhərində qeydiyyatda olan hüquqi şəxs tərəfindən gətirilib.