Milli Məclis Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsinin tələbi ilə bağlı “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikləri üçüncü oxunuşda qəbul edib.
"Qanuna dəyişikliklər mopedlərə deyil, motosikletlərə aiddir" - VİDEO
FED.az xəbər verir ki, qanuna təklif edilən dəyişikliyə əsasən konstruktiv maksimal sürəti 50 km/saatdan artıq olan bütün nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı ilə təmin edilməsi və sürəti 50 km/saatdan çox olan mopedçilərin sürücülük vəsiqəsi alması təklif edilmişdi.
Hazırda moped sürücülərinin sayının minlərlə olduğunu nəzərə alaraq, qanunun 6 ay sonra qüvvəyə minməsi təklif edilir. (Report)