Moskva vilayətində 20 il əvvəl törədilən qətldə təqsirləndirilən iş adamı saxlanılıb.
FED.az xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Korolev şəhərində 20 il əvvəl qətl törətməkdə təqsirləndirilən biznesmeni saxlayıblar.
Bu barədə TASS-a İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
“1999-cu ildə adam öldürmə cinayəti ilə bağlı cinayət işinin istintaqı zamanı ötən illərin daha bir cinayəti məlum olub. Əməliyyat-axtarış tədbirləri nəticəsində baş verənlərin mənzərəsini müəyyən etmək və qətli törətməkdə şəriklərdən birini saxlamaq mümkün olub. Onun Korolev şəhərindən olan 57 yaşlı iş adamı olduğu üzə çıxıb. Artıq şəxsə qarşı ittiham irəli sürülüb və həbs qətimkan tədbiri seçilib».
Azərbaycanda investisiya fırıldaqçıları - PEYDA OLUB... - VİDEO
Müstəntiqlərin fikrincə, 2003-cü ildə iki qrup arasında təsir dairələrinin yenidən bölüşdürülməsi və iş adamlarından pul alınması ilə bağlı münaqişə yaranıb. Nəticədə təqsirləndirilən şəxs 2003-cü il mayın 16-da bir dəstə digər qrupun liderini öldürüb, cinayəti gizlətmək üçün cəsədi xalçaya büküb, Puşkinski rayonundakı meşə zolağında basdırıblar.
Qətlə yetirilən şəxsin 20 il əvvəl Korolevdə yoxa çıxan Aleksey Zirin, saxlanılan şəxsin isə iş adamı Qalib Yusubov olduğu barədə məlumat yayılıb.