Tanınmış tikinti şirkəti “Ağsaray Residence” Mənzil-Tikinti Kooperativi barəsində məhkəmə iddiası qaldırılıb.
Eləcə də bax: London məhkəməsi 10 milyon funtu Feyziyevlər ailəsinə qaytarıb - MƏHKƏMƏ QƏRARI
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, şirkət gömrük qanunvericiliyini pozmaqda təqsirli bilinir.
“Ağsaray Residence” rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 485.2-ci ( idxal bəyannaməsinin verilməməsi) maddəsinin tələblərini pozub. İddiaya Nərimanov Rayon Məhkəməsində baxılacaq.
Şirkətdən saytımıza bildirilib ki, məhkəmə iddiası bina üçün alınan qapılarla bağlıdır. Belə ki, xaricdən alınan qapılar sərhəddən keçirilərkən gömrük orqanlarına bəyan edilməyib. “Ağsaray Residence” rəsmisi daşıyıcı şirkəti məsuliyyətsizlik etməkdə ittiham edib.
Qeyd edək ki, “Ağsaray Residence” Ağ Şəhər kompleksində yerləşir.