Xəbər verildiyi kimi, bu gün Londonun Westminster Magistrates məhkəməsində "Regents" parkına baxan malikanəsi olan bir ailəyə daxil üç milyonçunun ölkəyə qanunsuz gətirdiyi pulun dondurulmuş 5,6 milyon funt-sterlinqinin Britaniyanı Milli Cinayət Agentliyi tərəfindən müsadirə ediləcəyi barədə məlumat yayılıb.
"Hafiz Məmmədov qalan borcunu bir həftəyə ödəmək öhdəliyi götürüb" - RƏSMİ AÇIQLAMA
FED.az xəbər verir ki, həmin vəsaitlər Milli Məclisin deputatı Cavanşir Feyziyevin həyat yoldaşı Pərvanə Feyziyevaya, oğlu Orxana və qardaşı oğlu Elman Cavanşirə məxsusdur.
London məhkəməsi mülki iş üzrə Pərvanə Feyziyevaya, Orxan Cavanşirə və Elman Cavanşirə məxsus bank hesablarında olan 15 milyon funt sterlinqi dondurmuşdu.
Ailə üzvlərinin hamısı iddia edirdilər ki, onların sərvətləri Cavanşlr Feyziyevin qanuni biznes fəaliyyətindən əldə edilib və o, "Regents" parkının yanındakı "Kamberland terras"da ailəsinin bir neçə milyon funt-sterlinq dəyərində olan evinin də pulunu ordan ödəyib.
Bu gün məhkəmə hakimi ötən ilin noyabr ayında iki həftə davam edən araşdırmaların nəticəsini elan edib.
Hakim Con Zaninin qənaətinə görə hesablarda olan vəsaitin 10 milyondan bir qədər çoxunun qanuni fəaliyyət nəticəsində qazanıldığı və qanuni şəkildə Böyük Britaniyaya köçürüldüyü London məhkəməsində heç bir şübhə doğurmur. Hakim proses zamanı təqdim olunmuş sübutları araşdıraraq qərara gəlib ki, həmin vəsaitlər qanuni yolla qazanılıb. Ona görə də hakim Con Zani həmin vəsaitlərin öz sahiblərinə qaytarılması üçün bank hesablarının dərhal açılması barədə qərar qəbul edib.
Qalan 5 milyon funt sterlinq vəsaitin isə köçürülmə mexanizmində məhkəməyə tam aydın olmayan məqamlar olduğunu bildirən hakim izah edib ki, bu məqamlar bir neçə il əvvəl Azərbaycan Beynəlxalq Bankı ətrafında baş vermiş qalmaqalla bağlıdır. Vaxtilə böyük miqdarda pul vəsaitlərinin itkisi ilə üzləşmiş Beynəlxalq Bankda yaranan vəziyyətə görə, bank vasitəsilə köçürülmüş bütün vəsaitlərin sual altına düşüb.
Hakim belə qənaətə gəlib ki, pulların köçürülməsi ilə məşğul olan bankların daxili nəzarət sistemlərində mövcud olan boşluqlar şübhə doğurur, lakin köçürmə prosesində baş vermiş mənfi halların Pərvanə Feyziyeva, Orxan Cavanşir və Elman Cavanşirlə bilavasitə bağlılığı yoxdur.
Cavabdehlərin sözçüsü Coş Kemeron Britaniya mətbuatına açıqlamasında bildirib ki, müdafiə tərəfində qalan vəsaitlərin də qanuni fəaliyyət nəticəsində qazanıldığını və köçürmə əməliyyatlarının qanuniliyini təsdiq edən təkzibolunmaz sənədlər var, amma məhkəmə araşdırmaları zamanı həmin sənədlərin təqdim olunması tələb olunmadığından onlardan indiyədək istifadə olunmayıb.
Vəkil Çarlz Bott da öz açıqlamasında hələ də araşdırmaya ehtiyacı olan köçürmə əməliyyatlarının doğruluğunu sübut etmək üçün növbəti mərhələdə daha yüksək instansiyalı məhkəmədə davam etdiriləcəyini bildirib və nəticədə bütün vəsaitlərin tam şəkildə öz sahiblərinə qaytarılacağına əminliyini ifadə edib.
Beləliklə, 10 milyon funt sterlinq sahibinə qaytarılıb.