Avropanın ən böyük hava limanlarından biri olan Londonun “Hitrou” aeroportunda qar səbəbindən bu gün 40-a yaxın uçuş ləğv edilib.
Böyük Britaniya KİV-ləri xəbər verir ki, ləğv edilən reyslər British Airways və Air Swiss-ə aiddir.
Demək olar, ölkənin bütün qış boyu müsbət temperatur və qarsız hava şəraitinin hökm sürdüyü mərkəzi rayonlarına qeyri-adi soyuqlar gəlib – uzun müddətdən sonra Londona ilk dəfə qar yağıb, havanın hərarəti -1 dərəcəyə enib.
British Airways aviaşirkətinin mətbuat üçün bəyanatında bildirilir ki, uçuşlarda fasilələr martın 2-dək davam edə bilər. Sinoptiklərin proqnozlarına görə, ölkə ərazisində həftə sonunadək əlverişsiz hava şəraiti gözlənilir.