Bakıda usta faciəli şəkildə ölüb.
Eləcə də bax: İş yerində ölən işçinin ailəsi nə qədər ödəniş almalıdır? - HESABLAMA, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Zığ-Aeroport şossesində yerləşən Metalkonstruksiya zavodunda baş verib. Həmin zavodda tornaçı işləyən Nağıyev İlkin İbrahim oğlu iş yerində torna dəzgahında işləyərkən paltarı dəzgahın fırlanan hissəsinə ilişib. O aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda cinayət işi başlanıb.
Trend