Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 14:40 radələrində Nizami rayonu, Q.Qarayev prospekti ərazisindən yanğın baş verməsi səbəbilə çağırış daxil olub.
Bu barədə FED.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Hadisə nəticəsində bir nəfər, 51 yaşlı şəxs (kişi cinsli) tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili tibbi yardım briqadası tərəfindən Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub (Apa).