FHN-in "112" qaynar xəttinə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən ictimai iaşə obyektində yanğın baş verməsi barədə məlumat daxil olub.
FED.az xəbər verir ki, hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
FHN qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın qısa müddətdə məhdudlaşdırlıb.
Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.