2023-cü ildə Azərbaycan xarici ölkələrdən 4 milyon 960 min ABŞ dolları dəyərində 10 min 414 ton toxumluqq kartof alıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 8 milyon 437 min dollar və ya 2,7 dəfə, miqdar baxımından isə 27 min 547 ton və ya 3,6 dəfə azdır.
2022-ci ildə 13 milyon 397 min dollar dəyərində 37 min 961 ton toxumluq kartof idxal edilib.
1 ton toxumluq kartofun idxal qiyməti 2023-cü ildə 476 dollar, 2022-ci ildə 353 dollar təşkil edib. Qiymətlərdə son bir ildə 123 dollar (35%) artım baş verib.
Ümumilikdə isə 1 kq toxumluq kartofun idxalı 2023-cü ildə 0,81 manata və 2022-ci ilin eyni dövründə 0,60 manata başa gəlib.