Bir qrup xammal və materialın idxalının əlavə dəyər vergisindən azad edilmə müddəti 3 uzadılıb.
FED.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb.
Fərmana əsasən, aşağıdakı xammal və materialların idxalının əlavə dəyər vergisindən azad edilmə müddəti 2023-cü il dekabrın 31-dən 2026-cü il dekabrın 31-dək uzadılıb:
Sıra №-si |
Kod |
Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə xammal və materialların adları |
1 |
1201 90 000 0 |
Xırdalanmış və ya xırdalanmamış soya paxlaları (toxumluq olmayan) |
2 |
2102 10 100 0 |
Maya kulturaları |
3 |
2102 10 310 0 |
Quru çörəkçilik mayaları |
4 |
2102 10 900 0 |
Aktiv mayalar, digərləri |
5 |
2102 20 110 0 |
Qeyri-aktiv mayalar – həb, kubik şəklində və ya analoji formada və ya ilkin qablaşdırılmalarda netto çəkisi 1 kq-dan çox olmayan |
6 |
2102 20 190 0 |
Qeyri-aktiv mayalar, digərləri |
7 |
2102 20 900 0 |
Digər ölü birhüceyrəli mikroorqanizmlər |
8 |
2102 30 000 0 |
Hazır çörəkçilik tozları |
9 |
2301 20 000 0 |
Balıqdan və ya xərçəngkimilərdən, molyusklardan və ya digər su onurğasızlarından narın və qaba üyüdülmüş un və qranullar |
10 |
2304 00 000 0 |
Soya yağının çıxarılması nəticəsində alınan üyüdülmüş və ya üyüdülməmiş, qranullaşdırılmış və ya qranullaşdırılmamış cecələr və digər bərk tullantılar |
11 |
2306 30 000 0 |
Günəbaxan toxumlarının cecələri və digər bərk tullantıları |
12 |
2309 90 100 0 |
Həll olunan balıq məhsulları və ya digər dəniz məməli heyvanlarından məhsullar |
13 |
2309 90 200 0 |
Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının 23-cü qrupunun 5-ci əlavə qeydində təsnif olunan məhsullar |
14 |
2309 90 310 0 |
Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar – tərkibində nişasta olmayan və ya 10 kütlə % və ya daha az olan – tərkibində süd məhsulları olmayan və ya bu məhsullar 10 kütlə %-dən az olan |
15 |
2309 90 330 0 |
Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar – tərkibində nişasta olmayan və ya 10 kütlə % və ya daha az olan – tərkibində süd məhsulları 10 kütlə %-dən az olmayan, lakin 50 kütlə %-dən az olan |
16 |
2309 90 350 0 |
Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar – tərkibində nişasta olmayan və ya 10 kütlə % və ya daha az olan – tərkibində süd məhsulları 50 kütlə %-dən az olmayan, lakin 75 kütlə %-dən az olan |
17 |
2309 90 390 0 |
Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar – tərkibində nişasta olmayan və ya 10 kütlə % və ya daha az olan, tərkibində süd məhsulları 75 kütlə %-dən az olmayan |
18 |
2309 90 410 0 |
Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar – tərkibində nişasta 10 kütlə %-dən çox olan, lakin 30 kütlə %-dən çox olmayan, tərkibində süd məhsulları olmayan və ya bu məhsullar 10 kütlə %-dən az olan |
19 |
2309 90 430 0 |
Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar – tərkibində nişasta 10 kütlə %-dən çox olan, lakin 30 kütlə %-dən çox olmayan, tərkibində süd məhsulları 10 kütlə %-dən az olmayan, lakin 50 kütlə %-dən az olan |
20 |
2309 90 490 0 |
Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar – tərkibində nişasta 10 kütlə %-dən çox olan, lakin 30 kütlə %-dən çox olmayan, tərkibində süd məhsulları 50 kütlə %-dən az olmayan |
21 |
2309 90 510 0 |
Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar – tərkibində nişasta 30 kütlə %-dən çox olan, tərkibində süd məhsulları olmayan və ya bu məhsullar 10 kütlə %-dən az olan |
22 |
2309 90 530 0 |
Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar –tərkibində nişasta 30 kütlə %-dən çox olan, tərkibində süd məhsulları 10 kütlə %-dən az olmayan, lakin 50 kütlə %-dən az olan |
23 |
2309 90 590 0 |
Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar – tərkibində nişasta 30 kütlə %-dən çox olan, tərkibində süd məhsulları 50 kütlə %-dən az olmayan |
24 |
2309 90 700 0 |
Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar – tərkibində nişasta, qlükoza, qlükoza siropu, maltodekstrin və ya maltodekstrin siropu olmayan, lakin süd məhsulları olan |
25 |
2309 90 910 0 |
Melassa əlavəsi ilə çuğundur cecəsi |
26 |
2309 90 960 0 |
Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar, digərləri |
Eyni zamanda kalsium hidrogen ortofosfat (dikalsium fosfat), digər kalsium fosfatları, lizin və onun mürəkkəb efirləri, bu birləşmələrin duzları, digər aminoturşular və onların mürəkkəb efirləri, bu birləşmələrin duzları, treonin, xolin və onun duzları, digər metionin kükürd-üzvi birləşmələri, strukturunda pirimidin halqası (hidrogenləşdirilmiş və ya hidrogenləşdirilməmiş) və ya piperazin halqası olan digər birləşmələr, E vitamini və onun törəmələri, digər vitaminlər və onların törəmələri, bir-biri ilə qarışdırılmış və ya qarışdırılmamış, kimyəvi emal edilmiş və ya emal edilməmiş heyvan və ya bitki mənşəli gübrələr; heyvan və ya bitki mənşəli məhsulların qarışdırılması və ya kimyəvi emalı ilə əldə edilmiş gübrələr və digər fermentlər və ferment preparatlarının idxalının əlavə dəyər vergisindən azad edilmə müddəti 2023-cü il dekabrın 31-dən 2026-cü il dekabrın 31-dək uzadılıb.