2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın qeyri-neft-qaz ixracı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,9% artaraq 3,1 milyard ABŞ dolları təşkil edib.
Bu barədə FED.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) dekabr ayı üçün dərc etdiyi “İxrac icmalı”nın ilkin rəqəmlərinə istinadən xəbər verir.
2024-cü ilin yanvar-noyabr ayları ərzində yeyinti məhsulları 12,3% artaraq 923 milyon ABŞ dollarına bərabər olub.
Məlumata görə, cari ilin 11 ayı ərzində şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 65,4% artaraq 37,5 milyon ABŞ dolları, pambıq lifi 52,6% artaraq 170 milyon ABŞ dolları, bitki mənşəli yağlar və piylər 32% artaraq 25,5 milyon ABŞ dolları, qiymətli metallar 29% artaraq 189,8 milyon ABŞ dolları, kimya sənayesi məhsulları 19,6% artaraq 265,6 milyon ABŞ dolları, spirtli və spirtsiz içkilərin ixracı 13,5% artaraq 64,4 milyon ABŞ dolları, çay 1,6% artaraq 6 milyon ABŞ dolları, qara metallar 1,9% artaraq 48,2 milyon ABŞ dolları, alüminium və ondan hazırlanan məmulatlar 1,5% artaraq 182,7 milyon ABŞ dolları təşkil edib.