2023-cü ilin ilk 7 ayı ərzində (01.01.2023 – 31.07.2023) Azərbaycandan 20 milyard 776 milyon 950 min dollar dəyərində neft-qaz sektoruna daxil olan mallar ixrac olunub.
Azərbaycana elektromobil idxalı - 8 DƏFƏ ARTIB
FED.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, o cümlədən, 9 milyard 444 milyon 800 min dollarlıq xam neft, 8 milyard 934 milyon 144 min dollarlıq təbii qaz ixrac edilib.
Müqayisə üçün qeyd edək ki, 01.01.2022 – 31.07.2022 dövründə Azərbaycandan 20 milyard 883 milyon 49 min dollarlıq neft-qaz sektoruna daxil olan mallar, o cümlədən 12 milyard 397 milyon 710 min dollarlıq xam neft, 8 milyard 219 milyon 974 min dollarlıq təbii qaz ixrac edilmişdi. Beləliklə, Azərbaycana xam neft ixracından daxil olan valyuta 2 milyard 952 milyon 910 min dollar azalıb, təbii qaz ixracından daxil olan valyuta isə 714 milyon 170 min dollar artıb. (Marja)
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.