Azərbaycan bu ilin yanvar-fevral aylarında 40 milyon 170 min ABŞ dolları dəyərində 748,3 kq qızıl ixrac edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə mqidar ifadəsində 371 kq və ya 2 dəfə, dəyər ifadəsində 33 milyon 394 min ABŞ dolları (5,9 dəfə) çoxdur.
Ötən ilin müvafiq dövründə 6 milyon 776 min dollar dəyərində 377,6 kq qızıl ixrac edilib.
Hesabat dövründə qızılın qramının orta idxal qiyməti 91 manata bərabər olub ki, bu da il ərzində 60 manat (3 dəfə) artım deməkdir. Ötən ilin müvafiq dövründə qızılın qramının orta idxal qiyməti 31 manata bərabər olub
Bu ilin yanvar-fevral aylarında qızılın bütün həcmi İsveçrəyə ixrac edilib.