SOCAR Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında karbon neytral zona kimi inkişaf etdirilməsi üçün həyata keçirəcəyi tədbirləri açıqlayıb.
«Azərbaycanda neft gəlirləri azalır, qaz onu əvəz etməyəcək» - AGENTLİKDƏN XƏBƏRDARLIQ
FED.az SOCAR-ın 2023-cü il üzrə Davamlı inkişaf haqqında hesabatına istinadla xəbər verir ki, bu tədbirlərə emissiyaların azaldılması – enerji səmərəliliyinin artırılması, “CCU/CCUS” və s. kimi imkanların tətbiqi, elektrikli nəqliyyat vasitələri üçün regional infrastrukturun qurulması, qazın bərpaolunan enerji, H2, və digər yaşıl enerji həlləri ilə əvəz edilməsi daxildir.
Həmçinin şirkət yaşıl yanacaq istehsalını artırmaq üçün ənənəvi karbohidrogen yanacağını bioqaz və biodizellə əvəz edilməsi istiqamətində də tədbirlər həyata keçirəcək.