Noyabrın 23-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Qazaxıstanın “KazMunayGaz” Milli Şirkətinin İdarə Heyətinin sədri Maqzum Mirzaqaliyev ilə görüşüb.
SOCAR Rumıniyada bitum terminalının tikintisində - İŞTİRAK EDƏ BİLƏR
SOCAR-ın mətbuat xidmətindən FED.az-a bildirilib ki, görüşdə Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı münasibətlərin bütün istiqamətlərdə, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub. Bu xüsusda SOCAR ilə “KazMunayGaz” arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın olduğu bildirilib.
Cari ilin oktyabr ayında tərəflər arasında imzalanan yol xəritəsinin müxtəlif istiqamətlərdə tərəfdaşlıq əlaqələrinin inkişafına təkan verəcəyinə əminlik ifadə olunub.
Görüş çərçivəsində xam neft və neft-kimya məhsullarının təchizatı, rəqəmsallaşma, neft-qaz sənayesində dayanıqlılıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.