“SOCAR Enerqoresurs” şirkəti Antipin NEZ-in (Tümen) alışına dair danışıqları davam etdirir.
FED.az xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov məlumat verir.
Eləcə də bax: "SOCAR Turkey"də yeni - TƏYİNAT OLUB
“Orada proses gedir, danışıqlar aparılır: suallar, cavablar, dəqiqləşdirmələr. Yəni, bu prossdir. Baxarıq”, - nazir bildirib.
"Hər şərtlərlə Azərbaycan şirkəti zavodda pay almağa hazır olacaq?" sualına cavabında nazir bildirib: “Bilirsiniz, hazırda, düzünü desək, burada Rusiya Federasiyası ilə bütün bu şərtləri, bizim enerji sektorunda məsələlərin geniş spektrini müzakirə etmək imkanı yoxdur”.
“Bizdə qeyri-kommersiya layihələri olmur, çünki hamısı kommersiya layihələridir”, - Şahbazov Azərbaycan tərəfi üçün bu NEZ-in kommersiya nöqteyi-nəzərindən nə ilə cəlbedici olması sualına cavabında vurğulayıb.
Eləcə də bax: SOCAR rəsmisi: "Dövlətin dəstəyi sayəsində benzinin - QİYMƏTİ ARTMAYACAQ"