Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş”nin Maliyyə və investisiya əlaqələri şöbəsinə yeni müdir təyin edilib.
“SOCAR Turkey”dən FED.az-a verilən məlumata görə, bu vəzifəyə Mehmet Sezgin gətirilib.
Eləcə də bax: SOCAR: Azərbaycanın "Cənub Qaz Dəhlizi" meqa layihəsi - BAŞA ÇATMAQ ÜZRƏDİR
Boğaziçi Universitetinin məzunu olan M.Sezgin bu sahədə 20 ilə qədər təcrübəyə malikdir. O həmçinin Fransada biznes idarəçiliyi üzrə magistr dərəcəsi (Master of Business Administration – MBA) alıb.
Xatırladaq ki, SOCAR Türkiyədəki törəməsi vasitəsi ilə “Petlim”, “Petkim”, STAR neft emalı zavodu və Trans-Anadolu Boru Kəməri (TANAP) layihələrinə ümumilikdə 14,2 milyard ABŞ dolları investisiya yatırıb.
Report