Prezident Kasım Jomart Tokayevin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda bir sıra sərt bəyanatlar səsləndirməsindən sonra Rusiya Qazaxıstan neftinin ixrac üçün daşınmasına məhdudiyyətlər qoyub.
FED.az xəbər verir ki, Qazaxıstanın Qərb alıcılarının onu sanksiyaya məruz qalan Rusiya markalı “Urals” ilə qarışdırmamaq üçün adını dəyişməyi qərara aldığı neftin ixracı Novorossiysk limanında dayandırılıb.
Rəsmi məlumata görə, buna səbəb liman sularında İkinci Dünya Müharibəsindən qalma minaya oxşayan obyektlərin tapılmasıdır. Nəticədə Rusiya limanına ildə 67 milyon ton neft nəql edən Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) uzaq yanalma qurğularına bitişik ərazi bağlanıb.
Neft nəqlinin dayandırılması Tokayevin Sankt-Peterburqa səfəri fonunda baş tutub. Belə ki, burada Qazaxıstan Prezidenti Kreml üçün gözlənilməz olan bəyanatlar verib. O, Qazaxıstanın DXR və LPR-ni tanımadığını bildirərək, onları “oyuncaq dövlət” hesab etdiyini bildirib.
Rusiyanın neft nəqlini dayandırmasından sonra Qazaxıstan da Rusiya kömürünün tranzitini dayandırıb.
Eləcə də bax: Ukrayna kömür və qaz ixracını - DAYANDIRACAQ
FED.az xəbər verir ki, Qazaxıstan hakimiyyəti öz ərazisində kömür daşıyan 1 700 vaqonun qarşısını kəsib.