Avropa İttifaqı ilə Azərbaycan arasında bu yaxınlarda enerji sahəsində strateji tərəfdaşlıq haqqında imzalanmış Memoranduma əsasən, növbəti bir neçə ildə Azərbaycan Avropaya qaz ixracını ən azı 2 dəfə artıracaq və buna imkan var.
Eləcə də bax: «Dünən aldığım bir təklifi cənab Əliyevlə bölüşdüm, daha 3 Avropa ölkəsi...»
FED.az xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 30-da Sofiyada mətbuata bəyanatla çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir.
“Yeni və çoxşaxəli qaz nəqliyyat infrastrukturu bizə imkan verir ki, bir çox ölkələri təbii qazla təmin edək. Əlbəttə ki, bu sahədə əldə edilmiş uğurlar gələcək planlar üçün də gözəl zəmindir”, - deyə İlham Əliyev qeyd edib.