FED.AZ xəbər verir ki, F.Bağırov neft və qaz sənayesində 17 illik təcrübəyə malik biznesin inkişafı və kommersiya sahəsi üzrə yüksək ixtisaslı bir peşəkar kimi Birləşmiş Krallıq, BƏƏ və Oman daxil olmaqla müxtəlif ölkələrdə beynəlxalq təyinatlarda fəaliyyət göstərib. Karyerası müddətində o, milyardlarla dollar dəyərində portfellər üçün regional neft və qaz strategiyaları hazırlamış və yeni ölkələrə çıxış da daxil olmaqla önəmli biznes inkişafı sazişlərini uğurla həyata keçirib.
GL Group-a qoşulmazdan əvvəl F.Bağırov bp şirkətinin London ofisində Birləşmələr və satınalma (M&A) komandası üzrə menecer vəzifəsində çalışmış və 500 milyon ABŞ dollarından artıq dəyəri olan layihələrin həyata keçirilməsində iştirak etdib. Daha sonra o, bp Oman şirkətində Biznesin inkişafı üzrə məsləhətçi vəzifəsində fəaliyyət göstərərək yaşıl hidrogen sahəsində mühüm müqavilənin bağlanmasına nail olub.
GL Group-da icra edəcəyi yeni vəzifəsində F.Bağırov artım imkanlarının təşviqinə, kommersiya strategiyalarının gücləndirilməsinə, eləcə də səmərəlilik, proseslər və prosedurların təkmilləşdirilməsi yolu ilə Qrupun iqtisadi göstəricilərinin yaxşılaşdırılmasına diqqət yetirəcək. O, şirkətin məqsədyönlü genişlənmə planlarının dəstəklənməsi və GL Group-un qlobal səviyyədə nüfuzlu orta ölçülü operator kimi mövqeləndirilməsində mühüm rol oynayacaq.
F.Bağırov Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Əlaqələr ixtisası üzrə bakalavr və magistr dərəcələrinə malikdir.
GL Group komandası F.Bağırovu salamlayaraq ona yeni vəzifəsində uğurlar arzulayır!