“GL Ltd”nin Təhlükəsizlik üzrə direktoru Emin Qurbanbəyov, 1 avqust 2023-cü il tarixindən etibarən Təhlükəsizlik üzrə vitse-prezident vəzifəsinə təyin edilib.
Süleyman Qasımov Rövşən Nəcəfovun müşaviri - TƏYİN EDİLİB - DOSYE
Bu qərar, şirkətimizdə təhlükəsizlik əməliyyatlarının əhəmiyyətini, kollektiv təhlükəsizliyin və rifahın təmin olunması öhdəliyimizin bariz nümunəsidir.
FED.az xəbər verir ki, Emin Qurbanbəyov, yeni vəzifəsində birbaşa olaraq GL şirkətinin baş icraçı direktoruna hesabat verməyə davam edəcək və şirkətlər qrupu icraiyyə heyətinin üzvü olacaq.
Onun təhlükəsizlik sahəsində 20 ildən çox təcrübəsi var. O, ehtiyatda olan polkovnikdir. Xidmət etdiyi müddətdə Emin, Azərbaycan Respublikasının “Vətən uğrunda” medalı, digər orden və mükafatlarla təltif olunub. O, risk təhlili, təhlükəsizlik siyasətinin işlənib hazırlanması, planlanması və təhlükəsizliyin idarə edilməsi üçün müxtəlif prosedurların icrasının təşkilində geniş təcrübəyə malikdir. Emin Bakı Dövlət Universitetinin şərqşünaslıq və hüquqşünaslıq fakültələrini bitirib, ABŞ-da Hərbi-dəniz Qüvvələri Məktəbində təhlükəsizlik üzrə magistr səviyyəsində təhsil alıb. Həmçinin o, beynəlxalq təhlükəsizlik və terrorla mübarizə sahəsində müxtəlif proqram və təlimlərdə iştirak edib.
Qeyd edək ki, GL Azərbaycanın ilk özəl enerji şirkətidir. GL şirkəti Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna-Maştağa”, “Qala” və “Zirə” yataqları olmaqla Azərbaycanda beş yataqda neft-qaz əməliyyatları həyata keçirir. Şirkətin biznes portfelinə neft sənayesi üzrə çoxsaylı xidmətlər təqdim edən “GL Technical Services” MMC də daxildir.