“Brent” markalı neftin qiyməti oktyabrın 6-dan bəri ilk dəfə olaraq bir barel üçün 84 dollardan aşağı enib.
FED.az xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin yanvar müqaviləsinin dəyəri 1,49% azalaraq 1 barelə görə 83,91 dollar təşkil edib.