BP 2019-2020-ci illərdə Azərbaycanda 6 yeni kəşfiyyat quyusu qazmağı planlaşdırır.
FED.az xəbər verir ki, bunu "BP Azerbaijan" şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
Onun sözlərinə görə, quyulardan dördünün bu il, ikisinin isə gələn il qazılacağı nəzərdə tutulur:
"Nəticələrin necə olacağı qazma prosesindən asılı olacaq. "Şəfəq-Asiman" yatağından müsbət nəticələr gözləyirik. Bu yataqda qaz ehtiyatlarının "Şahdəniz"dəki qədər olması mümkündür".
B.Aslanbəyli vurğulayıb ki, nəticələrdən asılı olaraq ortamüddətli plan hazırlanacaq.
Qeyd edək ki, "BP Azerbaijan" "Azəri-Çıraq-Günəşli" və "Şəfəq-Asiman" yataqlarının operatorudur.
"Şəfəq-Asiman"da SOCAR və BP-nin hər birinin iştirak payı 50 faizdir. Blokun proqnozlaşdırılan ehtiyatları 500 milyard kubmetr qaz və 65 milyon ton kondensat təşkil edir.