Cari ilin yanvar-oktyabr aylarında Bakının neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2195,5 milyon manat olmaqla əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz azalıb.
FED.az Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadən xəbər verir ki, neft məhsullarından avtomobil benzininin istehsalı 4,7 faiz, neft koksunun istehsalı 6,8 faiz, neft bitumunun istehsalı 16,3 faiz, sürtkü yağlarının istehsalı isə 2,8 dəfə artıb. Hesabat dövründə dizel yanacağının istehsalı 21,2 faiz, yanacaq mazutunun istehsalı 41,9 faiz, ağ neftin istehsalı isə 7,8 faiz azalıb.