Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin dekabrın 25-də gündüz saatlarından tədricən sabitləşəcəyi, 26-27-də əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə FED.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd edilib ki, arabir güclənən mülayim cənub küləkləri üstünlük təşkil edəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək.